Kamaləddin Qafarov: “Azərbaycan COP29-u Cənubi Qafqazda sülh prosesinə kömək edə bilər”

Kamaləddin Qafarov: “Azərbaycan COP29-u Cənubi Qafqazda sülh prosesinə kömək edə bilər”
27 2024 11:56

“Cari ilin noyabr ayında Azərbaycanda növbəti dəfə dünyanın ən mötəbər və nüfuzlu beynəlxalq tədbirlərindən biri keçiriləcək. 2023-cü ilin dekabrında Azərbaycan yekdilliklə BMT-nin İqlim Dəyişikliyi Konfransına (COP29) ev sahibliyi edəcək ölkə seçilmişdir. Əlbəttə ki, bu qərar ilk növbədə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın həyata keçirdiyi uğurlu xarici siyasətin nəticəsi, dövlətimizin malik olduğu güclü diplomatiyanın göstəricisi və ölkəmizin etibarlı tərəfdaş nüfuzunun daha bir təsdiqidir. Bununla yanaşı etiraf etmək lazımdır ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı və Türk Dövlətləri Təşkilatı kimi beynəlxalq təsisatlarda uğurlu sədrlik təcrübəsi də dünya ölkələri tərəfindən belə bir məsuliyyətli qərarın qəbul olmasını şərtləndirən önəmli məqam kimi çıxış etmişdir.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin ADA Universitetində aprel ayının 23-də keçirilmiş “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumun gedişində tədbir iştirakçılarının suallarını cavablandırarkən verdiyi açıqlamalar Cənubi Qafqazda gedən geosiyasi proseslərlə bağlı dünya ictimaiyyətinin obyektiv məlumatlandırılması baxımından böyük önəm kəsb edir.“İlk növbədə birmənalı olaraq demək lazımdır ki, Azərbaycanın getdikcə artan beynəlxalq nüfuzu, etibarlı və arzuolunan tərəfdaş kimi dünya dövlətləri tərəfindən qəbul edilməsi faktı forumda aparılan müzakirələrdə, cənab Prezident İlham Əliyevə ünvanlanan suallarda açıq-aşkar əks olunmaqda idi. Bunu təsdiq edən növbəti məqamlardan biri Azərbaycanın Avrasiya İqtisadi İttifaqına daxil olma ehtimalı ilə bağlı səsləndirilən sualda yer aldı. . Cənab Prezident bildirdi ki, dayanıqlı, daxili resurslara söykənən və şaxələndirilmiş iqtisadiyyata malik olan Azərbaycanı Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərlə qurduğu yaxşı ikitərəfli iqtisadi əlaqələr indiki vəziyyətdə tam qane edir. Azərbaycanın beynəlxalq təsisatlarda üzvlüklə bağlı atdığı bütün addımlar hər zaman praqmatizmə əsaslanıb.Təbii ki, təşkilata inteqrasiya ölkəmizə əlavə praktiki üstünlüklər vəd edərsə, bu zaman Azərbaycan bütün üstün və mənfi cəhətləri dəyərləndirib düzgün qərar qəbul edəcək.”

K.Qafarov Cənubi Qafqazda sülh prosesi ilə bağlı mövzunun tədbir iştirakçılarının suallarında geniş yer aldığını və bunun dünyada regionumuza olan böyük marağın daha bir önəmli göstəricisi olduğunu vurğulayaraq deyib: “Cənab Prezident İlham Əliyev ona verilən növbəti sualı cavablandırarkən bir daha qeyd etdi ki, COP29 sülh prosesinin nəticəsidir və bu Konfransın mövzusu maliyyə olmasına baxmayaraq, Azərbaycan tədbirin ev sahibi kimi ona verilən hüquqdan yararlanaraq gündəliyə sülh məsələsini də əlavə edəcək. Qeyd olundu ki, ölkəmizin COP29-a ev sahibliyi etməsilə bağlı Ermənistanın vetosunu aradan qaldırması və bunun qarşılığında Azərbaycan tərəfindən atılan addımlar iki ölkə arasında etimadın yaranmasına zəmin yaratmış oldu. Bu hal Azərbaycan və Ermənistanın heç də hər dəfə hər müstəvidə bir-birilərinə qarşı addım atmalı olmadıqlarını nümayiş etdirir. Beləliklə, Azərbaycan COP29-u həm də Cənubi Qafqazda sülh prosesini sürətləndirmək imkanı baxımından dəyərləndirəcək.”

10 May 2024
Siyasət

İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub.

10 May 2024
Siyasət

İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub.

10 May 2024
Siyasət

Prezident Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub - YENİLƏNİB + FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda aparılan işlərlə tanış olub, bu yolda inşa edilmiş birinci tunelin açılışında iştirak edib.

10 May 2024
Siyasət

İqtisadiyyat Nazirliyi Heydər Əliyevin xatirəsini yad edib - FOTO

Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar İqtisadiyyat Nazirliyinin rəhbərliyi və kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarı önünə gül dəstələri düzüblər, xatirəsini ehtiramla yad ediblər.

10 May 2024
Siyasət

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə görüşüblər.